Lider TV"də yayımlanan "Ay ev yiyəsi" verlişinin növbəti buraxılışı maraqlı hadisə ilə yadda qalıb.
Sportal.az xəbər verir ki, verlişin yaradıcı komandası çəkiliş üçün Bakının Yasamal rayonunda ev axtaran zaman təsadüfən "Neftçi"nin üzvü Rauf Əliyevin mənzilinə rastlayıblar.
Ancaq milli komandamızın üzvünü tanımayan Lalə Əlimuxtarova balkonda olan futbolçu ilə qısa müddət söhbət edib. Həmin anları əks etdirən videonu təqdim edirik.