Neymarı simulyant adlandırdılar
Çempionlar Liqasının 1/8 final mərhələsində “Mançester Siti” ilə səfər matçında “şəhərlilər”in azarkeşı“Barselona”nın hücumçusu Neymarı təhqir edib.
Sportal.az xəbər verir ki, qarşılaşmanın sonunda Pedro Rodrigeslə əvəzlənən braziliyalı futbolçunu ehtiyat skamyasında azarkeşlərdən biri hövsələdən çıxarıb. “Mançester Siti”nin məğlubiyyətini həzm edə bilməyən fanat Neymara söz ataraq onu simulyant adlandırıb. Azarkeşin bu hərəkətindən əsəbləşən brazilyalı futbolçu oyun başa çatan kimi onunla mübahisə edib. Neymar bu məsələyə belə münasibət bildirib:
“O, məni təhqir etdi. Açığı, onun dediklərini dilimə gətirmək belə istəmirəm. Çünki mənim mədəniyyətim buna yol vermir. Ola bilsin ki, onun ailəsi ona belə tərbiyə verib”.
saytlarin hazirlanmasi