Mançiniyə yumruq atdı, "İnter"dən qovuldu

14:35 - 25 Fevral 2015

"Həmin hadisədən sonra Osvaldonun komandada qalması mümkün deyildi"  
 
“İnter”in sabiq kapitanı Xavyer Zanetti hücumçu Dani Osvaldonun komandadan uzaqlaşdırılmasının səbəbini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, Milan təmsilçisinin rəsmisi italiyalı futbolçunun “İnter”dən ayrılmasına belə münasibət bildirib: 
 
“Yuventus”la bərabərə (1:1) qaldığımız oyundan sonra Osvaldo soyunub-geyinmə otağında baş məşqçi Roberto Mançiniyə yumruq atdı. Onun baş məşqçiyə əl qaldırması peşəkarlığa xas olmayan hərəkətdir. Həmin  hadisədən sonra Osavaldonun “İnter”də qalması mümkün deyildi.  Ona görə də futbolçuyla yollarımızı ayırdıq”. 
 
Qeyd edək ki, “İnter”dən ayrılan  hücimçu karyerasını  “Boka Xunyors”da davam etdirəcək.      
 
 

Xəbər xətti