Fabio Kannavaro vergidən yayınıb
2006-cı ildə dünyanın ən yaxşı oyunçusu olmuş Fabio Kannavaro həbs oluna bilər.
Sportal.az xəbər verir ki, İtaliya yığmasının sabiq kapitanı vergilərdən yayındığına görə ittiham olunur.
41 yaşlı italiyalı mütəxəssisin rəhbərlik etdiyi şirkətdə maxinasiya aşkarlanıb və Fabio Kannavaro 1 milyon avro vergidən yayınıb. Hüquq mühafizə orqanlarnın araşdırmasında italiyalı məşqçinin həqiqətən vergidən yayındığı üzə çıxıb. Məhkəmənin çıxardığı qərara əsasən Kannavaroya 10 ay həbs cəzası kəsilib.
saytlarin hazirlanmasi