O, beş mövsümdə 30 və daha çox qol vuran ilk futbolçu olub
“Real”ın futbolçusu Kriştiano Ronaldo daha bir ilkə imza atıb.
Sportal.az xəbər verir ki, bu, İspaniya La Liqasının 25-ci turunda “Vilyarreal”a qarşı matçda (1:1) baş verib.
Sözügedən oyunda fərqlənən K.Ronaldo bu mövsüm ölkə çempionatında vurduğu qolların sayını 30-a yüksəldib. Bununla da o, Avropanın əsas liqalarında ard-arda beş mövsümdə 30 və daha çox qol vuran ilk futbolçu olub.
saytlarin hazirlanmasi