"Cənnətdə bunu qeyd edəcəyəm"
Belçika futbolunda maraqlı hadisə yaşanıb.
Sportal.az xəbər verir ki, 20 ildi sağalması mümkünsüz olan xəstəlikdən əziyyət çəkən Lorenso Şonbert adlı azarkeş evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanların öz razılığı ilə həyatlarına son qoyulması) qərarı qəbul edib.
Ancaq Şonber ölməmişdən öncə sonuncu dəfə tərəfdarı olduğu "Brügge" komandasının oyununu izləmək istəyib. O, 7 yaşlı qızı Dina ilə birlikdə stadiona daxil olub və onların topa toxunuşu ilə oyun başlayıb. 42 yaşlı fanat "Muskron"la oynanılan görüşü "Yan Breydel" stadionunun VIP tribunasında izləyib. Arenaya toplaşan 20 min azarkeş onu xüsusi şəkildə qarşılayıb. və "You'll never walk alone" (Sən heç vaxt tək addımlamayacaqsan) yazılan pankartlar da açıblar.
"Brügge"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşan oyundan sonra Şonbert oyundan sonra fikirlərini jurnalistlərlə bölüşüb: "İnanılmaz dərəcədə xoşbəxtəm. Bu, qızım üçün həyatı boyunca zövq alacağı dəyərli xatirələrdən biridi. Son arzum reallaşdı. Artıq rahat yata bilərəm. Cənnətdə bunu qeyd edəcəyəm".
Lorenso oyundan sonra müalicə aldığı klinikada zəhərli iynə ilə öldürülüb.
saytlarin hazirlanmasi