"Beşiktaş"ın qapıçısı bıçaqlandı

18:50 - 10 Mart 2015

Futbolçu komadadır
 
"Beşiktaş"ın 16 yaşlılardan ibarət komandasının qapıçısı Sərvət Dündar məruz qaldığı hücum nəticəsində ağır bıçaq xəsarəti alıb.
 
Sportal.az xəbər verir ki, əlcək sahibi fevralın 28-i Sultan küçəsi İsmətpaşa məhəlləsi 95 ünvanında yerləşən bir restoranda yemək yedikdən sonra evinə gedərkən silahlıların hücumuna məruz qalıb. Ürəyindən bıçaq zərbəsi alan qapıçı artıq 9 gündür ki, komadan ayıla bilmir. Qeyd edək ki, qapıçı xəstəxanaya çatdırılan zaman üzərində olan bütün əşyalarının oğurlandığı bildirilib.

Xəbər xətti