Sarı vərəqə limitini doldurub
Premyer Liqanın 27-ci turu çərçivəsində səfərdə "Xəzər Lənkəran"ın (3:2) qonağı olan "Sumqayıt" ciddi itki ilə üzləşib.
Sportal.az хəbər verir ki, "kimyaçılar"ın futbolçusu Bəxtiyar Həsənalızadə cəzalı duruma düşüb. Bəхtiyar "Xəzər Lənkəran"la oyunun 86-cı dəqiqəsində hücumun qarşısını kəsdiyinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub.
Qeyd edək ki, "Sumqayıt" 28-ci turda istirahət edəcəyindən Həsənalızadə cəzasını 29-cu turda "Bakı" ilə oyunda çəkəcək.
saytlarin hazirlanmasi