Komanda bu gün də məşq edəcək
Premyer Liqanın XXVII turunda doğma meydanda "Sumqayıt" üzərində qazandığı qələbədən bir gün sonra "Xəzər Lənkəran" bərpa məşqini keçirib.
Sportal.az xəbər verir ki, komanda istirahət etmədən aprelin 2-də saat 17:00-da stadionun ehtiyat meydançasında oyunsonrası bərpa məşqinə çıxıb. Bir saatdan çox davam edən hazırlıq prossesinin gedişində öncədən planlaşdırıldığı futbolçular iki fərqli qayda ilə çalışıblar. Belə ki, Sumqayıtla oyunda iştirak edən futbolçular yüngül qaçış və bəzi fiziki hərəkətlərin yerinə yetirilməsi ilə kifayətləniblər, həmin matçı ehtiyat skamyada keçirənlər isə sona qədər hazırlaşıblar.
12cioyuncu.info saytının əldə etdiyi digər məlumata görə isə komandanın növbəti məşqi aprelin 3-də səhər saatlarında yenə də ehtiyat meydançada baş tutacaq. Aprelin 4-də isə komanda Bakıya yollanacaq və həmin gün oyunöncəsi son məşqini “İnter Arena” stadionunda keçirəcək.
Xatırladaq ki, Xəzər Lənkəran Premyer Liqanın XXVIII turu çərçivəsində aprel ayının 5-də "İnter" klubunun qonağı olacaq.
saytlarin hazirlanmasi