Premyer Liqada 50-ci oyun
“Neftçi”nin futbolçusu Julius Vobay klubunda 50-ci çempionat oyununu keçirib.
Sportal.az PFl-in saytına istinadən xəbər verir ki, Syerra-leoneli yarımmüdafiəçi Topaz Premyer Liqasının 27-ci turunun “Bakı” ilə oyununa təsadüf edən yubileyini qolla qeyd edib. Komandasının ikinci qolunu vuran Vobay 2:0 hesablı qələbədə pay sahiblərindən olub. Bununla da o, mövsümdəki oyun sayını 19-a, qollarını isə 6-ya çatdırıb. 2012/13 mövsümündə “ağ-qaralar”la Azərbaycan çempionu olanda 31 matça 8 qol vuran afrikalı Premyer Liqada “Neftçi” formasında 50-ci oyununda 14-cü dəfə fərqlənib.
Lakin Vobay “Neftçi”də vurduğu qol sayında da yubiley qeyd edib. Belə ki, komandanın heyətində avrokuboklar və ölkə kubokunda da qol sevinci yaşamağı bacaran Julius ümumilikdə 77-ci oyununda 20-ci dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Vobay 20 qoldan 5-ni avrokuboklarda, 1-ni Azərbaycan kubokunda vurub.
saytlarin hazirlanmasi