"Sumqayıt" hücumçusuna pul cəzası verib əvəzedici heyətə göndərdi

16:33 - 3 Aprel 2015

Futbolçuya sərt tədbir
 
“Sumqayıt” klubu hücumçusu Pərdis Fərcad-Azad-ı cəzalandırıb. 
 
Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, futbolçu qeyri-müəyyən müddətə əvəzedici heyətə göndərilib və ona pul cəriməsi kəsilib. 
 
Qeyd edək ki, Premyer Liqanın 27-ci turunda ehtiyatda qalan futbolçu etiraz edərək formasını əynindən çıxarıb soyunub-geyinmə otağına getmişdi.

Xəbər xətti