"Qalatasaray"da ciddi itki

17:52 - 3 Aprel 2015

Burak Yılmaz sıradan çıxdı
 
Türkiyənin "Qalatasaray" klubu ciddi itki ilə üzləşib.
 
Sportal.az xəbər verir ki, komandanın qol silahı Burak Yılmaz Superliqanın növbəti turunda "Karabükspor"la keçiriləcək oyunu buraxacaq.
 
Buna səbəb onun "Avro-2016"nın seçmə mərhələsində Hollandiya ilə oyunda zədələnməsidir. 
 
Qeyd edək ki, "cim-bom"un daha iki futbolçusu Səbri Sarıoğlu və Semih Kaya da zədəlidir. Onların da növbəti turun oyununa hazır olub-olmayacağı  sual altındadır.

Xəbər xətti