Kamran Ağayev penalti qaytardı, komandası darmadağınla qalib gəldi VİDEO

19:35 - 4 Aprel 2015

"Kayserispor"dan növbəti qələbə
 
Bu gün Türkiyə PTT I Lİqanın 26-cı tur çərçivəsində "Kayserispor" doğma meydanda "Giresunspor"u 4:0 hesabı ilə darmadağın edib.
 
Sportal.az xəbər verir ki, millimizin qolkiperi Kamran Ağayev bu matçda 90 dəqiqə meydanda olub və "Kayserispor"un qapısını toxunulmaz saxlayıb. 90-cı dəqiqədə Kamran rəqib penaltisini dəf edib.  Kayseri təmsilçisi bu qələbədən sonra 56 xalla turnir cədvəlinə başçılıq edir. 
 
Qeyd edək ki, Ağayevin "Kayserispor" forması ilə çıxdığı 5-ci rəsmi oyunu idi və bu 5 oyunda qapısında yalnız 1 qol görüb.

 

Xəbər xətti