İki legioner komandadan ayrı düşüb
Premyer Liqanın 28-ci turunda "Neftçi" səfərdə "Simurq"un qonağı olacaq.
Sportal.az xəbər verir ki, "flaqman" bu matça itkilərlə yollanıb. Belə ki, komandanın iki legioneri Ernest Nfor və Denis Silva zədə səbəbindən komandadan ayrı düşüb. Əvəzində isə, kapitan Flavinyo zədəsini sağaldaraq komandaya qoşulub.
Qeyd edək ki, qarşılaşma bugün saat 17:00-da start götürəcək.
saytlarin hazirlanmasi