"Fənərbaxça"nın avtobusuna silahlı basqın

02:10 - 5 Aprel 2015

Yaralı sürücü xəstəxanaya aparıldı
 
Türkiyə Superliqasının 26-cı turunda “Çaykur Rizəspor”u səfərdə 5:1 hesabı ilə məğlub edən “Fənərbaxça” komandası silahlı basqına məruz qalıb.
 
Sportal.az xəbər verir ki, matçdan sonra Trabzon hava limanına yollanan komandanın avtobusunu silahlı dəstə atəş açıb. Həmin zaman güllə yarası alan avtobusun sürücüsü xəstəxanaya aparılıb.
 
Hadisə yerinə yetişən polislər olayın baş verdiyi məkanda axtarışlar aparıblar.  Bundan sonra polislərin mühfizəsi ilə  “Fənərbaxça” klubunun üzvləri hava limanına çatdırılıb.            

Xəbər xətti