"Çaykur Rizəspor"un polşalı futbolçusu infarkt keçirib

02:50 - 5 Aprel 2015

"Fənərbaxça"yla oyunda Obranyakın səhhəti pisləşib
 
Türkiyə Superliqasının 26-cı turunda evdə “Fənərbaxça”yla qarşılaşmada “Çaykur Rizəspor”un yarımmüdafiəçisi Lüdovik Obranyakın səhhətində problem yaranıb.
 
Sportal.az xəbər verir ki, 30-cu dəqiqədə özünü pis edən polşalı futbolçu meydanı tərk etmək məcburiyyətində qalıb.
 
“Verder”ə məxsus və icarə əsasında “Çaykur Rizəspor”da forma geyinən futbolçunun səhətindəki problemi həkimlər aşkar edib. Polşalı futbolçunun ürəyində baş qaldıran ağrılar infarktın əlamətləri olub.
 
Həkimlər futbolçuya bir müddət istirahət etməklə yanaşı müalicə almağı məsləhət görüblər. Məhz həmin müalicədən sonra Obranyakın futbol həyatına davam edib-etməyəcəyi bəlli olacaq. 

Xəbər xətti