"Fənərbaxça" bəyanat yaydı: "Superliqanın oyunları təxirə salınmalıdır"

13:13 - 5 Aprel 2015

"Artıq Türkiyədə futbolun sonu gəlib, qan tökülüb"
 
"Fənərbaxça" Türkiyə superliqasının 26-cı turunda "Rizespor"la görüşdən (5:1) sonra komandanın üzvlərini daşıyan avtobusa silahlı basqınla bağlı bəyanat yayıb.
 
Sportal.az xəbər verir ki, bəyanatda İstanbul klubu liqa oyunlarının bir müddətlik təxirə salınmasını tələb edib:
 
"Bu, ört-basdır ediləcək adi azarkeş basqını deyil.  "Fənərbaxça"ya edilmiş silahlı hücum və sui-qəsdə cəhddir. Bizə qarşı olan düşmənçiliyin son həddidir. Artıq Türkiyədə futbolun sonu gəlib, qan tökülüb.  Bu hərəkəti edən və ya etdirənlərin tez bir zamanda tapılaraq cəzalandırılması bizim üçün önəmlidir. Baş verənlərin təfərrüatları bəlli olana kimi superliqanın oyunları təxirə salınmalıdır".
 
Qeyd edək ki, silahli basqın nəticəsində avtobusun sürücüsü yaralanıb, futbolçular isə xəsarət almayıb.

Xəbər xətti