Vobaydan futbolçuya yaraşmayan hərəkət
Dünən Premyer Liqanın 28-ci turunda "Neftçi" səfərdə "Simurq"u 1:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra xoşagəlməz hadisə yaşanıb. Belə ki, "Neftçi"nin futbolçusu Julius Vobay "Simurq" azarkeşlərinə yaxınlaşaraq qeyri-etik jestlər göstərib. Bu hərəkət "Simurq" fanatlarını yetərincə əsəbiləşdirb. Azarkeşlər futbolçuya üzr istəməsi üçün iki gün vaxt qoyub. Azarkeşlər bununla bağlı öz etirazını "Neftçi" rəsmilərinə də bildirib.
saytlarin hazirlanmasi