"Konyaspor"un futbolçusu xəstəxanalıq oldu

02:05 - 6 Aprel 2015

Əli Çamdali ilə Saleh Dursun havada toqquşdu
 
Türkiyə Superliqasının 26-cı turunda “Konyaspor” – “Trabzospor” matçında qorxulu anlar yaşanıb.
 
Sportal.az xəbər verir ki, oyunun 30-cu dəqiqəsində konyalı Əli Çamdali ilə trabzonlu Salih Dursun top uğrunda hava mübarizəsində bərk toqquşublar. Bu toqquşmada hər iki futbolçu huşunu itrərək yerdə qalıb. Dərhal meydana daxil olan həkimlər futbolçulara ilkin tibbi yardım göstərib.
 
Lakin konyalı futbolçunun səhhəti ağır olduğu üçün təcili tibbi yardımla xəstəxanaya aparılıb. Saleh Dursunun zədəsinə tikiş vurulandan sonra yenidən oyunu davam etdirib.Xəstəxanadan verilən son məlumata görə, Çamdalində beyn silkələnməsi təhlükəsi olduğu üçün hələ tam özünə gəlməyib.           

Xəbər xətti