Samir Abasov: "Oyundan əvvəl vəziyyətimiz yaxşı deyildi"

17:06 - 20 Fevral 2016

"Oyunumuzdan razı qalmadım"

 

Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində doğma meydanda AZAL-la qarşılaşan "Sumqayıt" 2:0 hesablı qələbə qazanıb.

 

Sportal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Samir Abasov bunları qeyd edib:

 

"Oyundan əvvəl vəziyyətimiz yaxşı deyildi. Üzərimizdə təzyiq var idi. Bizə mütləq qələbə lazım idi. Sevinirəm ki, bunu da bacardıq. Lakin, oyunumuzdan tam razı qalmadım. Amil Yunanova gəldikdə isə, o, çox çalışır. Bəlkə də, biz çox şişirtmişik ki, hər oyun qol vurmalıdır. Amma, Amilə inanıram. O, yaxşı hücumçudur".

Xəbər xətti