Roman Qriqorçuk: "Belə qazonda topu ancaq irəli vurmalı olursan"

18:08 - 28 Fevral 2017

"Futbolçularımdan razıyam. Son ana qədər döyüşdülər".

 

Sportal.az xəbər verir ki, bu sözlər "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuka məxsusdur. 

 

"Qəbələ" Azərbaycan Premyer Liqasının XX turunda səfərdə "Kəpəz"lə heç-heçə edib. Oyundan sonra fikirlərini bildirən 52 yaşlı çalışdırıcı komandasının oyununda razı olduğunu deyib: "İstənilən halda qalib gəlməli olduğumuzu başa düşürəm. Ancaq belə meydançalarda futbol oynamaq mümkün deyil. Belə qazonda topla hərəkət etmək, sürətli hücumlar qurmaq olmur, topu ancaq irəli vurmalı olursan. Qalib gəlməməyimizə obyektiv səbəblər mane oldu". 

 

Qriqorçuk Nika Kvekveskiri ilə "Kəpəz"in futbolçusu Nicat Qurbanov arasında baş verən qalmaqaldan da danışıb: "Mən Nikadan epziodun necə baş verməsini soruşdum. O da mənə dedi ki, futbolçunun təxribatına uymadım, sakit şəkildə reaksiya verdim. Ancaq Nicat məni nəyəsə görə vurdu".

 

Mütəxəssis Azərbaycandakı stadionların durumundan narazı olduğunu dilə gətirib: "Təkcə Gəncədə deyil, AZAL-ın və "İnter"in stadionunda da futbol oynamaq çətindir". 

Xəbər xətti