Roman Qriqorçuk: "Bəlkə də, bu, futbolçularda narahatlıq yaradıb" MÜSAHİBƏ

22:10 - 4 Mart 2017

Azərbaycan Premyer Liqasının XXI turunda “Qəbələ” səfərdə “İnter”a 2:0 hesabıyla məğlub edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk fikirlərini bildirib:

 

- Bizim üçün vacib oyun idi və istədiyinmiz nəticəni əldə etdik. İlk hisssədə tələskənlik var idi. Amma ikinci hissədə öz oyunumuzu tapa bildik və lazım olan qolları vurduq.

 

- Tələskənlik “Qarabağ”ın “Sumqayıt”ı məğlub etməsi ilə bağlı idi?
- Bəlkə də, futbolçularda narahatlıq yaradıb. Əsas odur ki, ikinci hissədə bunu düzəltdik.

 

- Baqali Dabo və Daniel Subotiç eyni anda meydanda olanda qol vurduz. Gələcəkdə bu iki futbolçunu eyni anda meydanda görə bilərik?
- Onların ikisini əvvəllər də eyni anda meydanda görə bilərdik. Sadəcə, Dabo zədəli olduğu üçün meydana çıxa bilmirdi. Son vaxtlar məşqlərdə görürəm ki, Dabonun narahatlığı qalmayıb və meydana çıxa bilər.

 

- Rasim Ramandanovun durumu necədi?
- Futbolçunun reaksiyasından mənə elə gəldi ki, ayağında sınıq var. Vernidubla Elvin Camalovda da elə olmuşdu. Ona görə də əvəzlədim.

 

- Çempionatda yaranan fasilədən necə yararlanacaqsız?
- Elə də böyük fasilə deyil. Dəyişiklik etmək niyyətimiz yoxdu. Sadəcə, məşqlərimniz çox olacaq. Millidə olan futbolçular da orada məşq edəcək.

 

- 6 futbolçu milliyə dəvət alıb. Bu komandanın hazırlığına mənfi təsir etmir?
- Futbolçuların millinin toplanışına gedəcəyini anlayışla qarşılayırıq. Düzdü məşqlərimizə təsir edəcək. Amma biz fəxr edirik ki, futbolçularımız millinin üzvüdü

Xəbər xətti