“Qəbələ”nin zədəli futbolçusu Rafael Santosun durumu yaxşılaşıb.
Sportal.az xəbər verir ki, bir müddətdi yaşıl meydanlardan kənarda qalan, zədəsini İtaliyada bərpa edən braziliyalı futbolçu artıq komanda ilə məşqlərə başlayıb. Onun qarşıdakı oyunlarda komandasına kömək edə biləcəyi gözlənilir.
Klubdan əldə etdiyimiz məlumata görə, eyni sözləri ukraynalı Vitali Vernidub üçün söyləmək olmaz. Çünki müdafiəçinin ayağı hələlik gipsdədir. O, 3-4 gündən sonra təkrar tibbi müayinədən keçəcək və yaşıl meydanlara qayıdışı bundan sonra dəqiqləşəcək.
Azərbaycan Premyer Liqasının XXI turunda zədələnən Rasim Ramaldanovun durumu isə ciddi deyil. Onun növbəti turda “Neftçi” ilə matçda meydanda olacağı gözlənilir.
saytlarin hazirlanmasi