Azərbaycan Premyer Liqasının XXVII turunda öz meydanında "İnter"i qəbul edəcək "Qəbələ" oyunun hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" oyuna tam heyətlə hazırlaşa bilmir. Əldə etdiyimiz məlumata görə, əyalət təmsilçisinin 2 futbolçusu oyunu buraxmalı olacaq. Söhbət uzun müddətdir zədəli olan ukraynalı Vitali Vernidub və yüngül zədəsi olan Asif Məmmədovdan gedir. Heyətdəki digər futbolçular isə baş məşqçi Roman Qriqorçukun ixtiyarındadırlar.
Qeyd edək ki, "Qəbələ" - "İnter" oyunu aprelin 24-də keçiriləcək.
saytlarin hazirlanmasi