"Qəbələ" çempion oldu

00:03 - 4 May 2017

AFFA-nın təşkilatçılığı ilə keçirilən Coca-Cola U-13 Liqasına yekun vurulub.

 

Sportal.az xəbər verir ki, yarışın son günündə final və III yer uğrunda qarşılaşma keçirilib. “Qəbələ” qızıl medallar uğrunda matçda qüvvəsini sınayıb.

 

“Qırmızı-qaralar” həlledici matçda “Vətən” RİOEUG ilə qarşılaşıb. Oyunun taleyini 1 qol həll edib. 1:0 hesabı ilə qalib gələn “Qəbələ” çempion tituluna yiyələnib. Qarşılaşmadan sonra komandaya çempionluq kuboku və qızıl medallar təqdim edilib.

 

Bu, əyalət klubunun cari mövsümdə üçüncü uğurudur. U-13-ə qədər U-16 və U-15 də qızıl medallara yiyələnib.

 

Xatırladaq ki, “Qəbələ” bunadək final mərhələsində Naxçıvan UGİM-ini (5:0, 6:0), “İnter”i (1:0, 1:1) və “Mançester Yunayted”i (0:0, 1:0) məğlub edib.

Xəbər xətti