Roman Qriqorçuk daha 1 il "Qəbələ"də

12:28 - 10 May 2017

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ”də baş məşqçi Roman Qriqorçukun taleyinə aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” təcrübəli çalışdırıcı ilə əməkdaşlığı davam etdirəcəklər. Tərəflər arasında yeni müqavilə imzalanacağı gözlənilir. Müqavilənin müddəti qarşıdakı mövsümü əhatə edəcək.

 

Qeyd edək ki, Roman Qriqorçuk 2015-ci ildən “Qəbələ”də çalışır. Əyalət təmsilçisinin onun rəhbərliyi altında 2 dəfə Avropa Liqasının qrup mərhələsində iştirak etmək hüququ qazanıb.

Xəbər xətti