"Keşlə"nin qış hazırlıq planı müəyyənləşdi

18:38 - 30 Noyabr 2018

"Keşlə"nin qış hazırlıq planı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisinin qış hazırlıq prosesi iki mərhələdən ibarət olacaq.  

 

Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv gələn ilin yanvarın 5-də bir araya gələcək. Paytaxtda 1 həftəlik təli-məşq toplanışı keçəcək komanda daha sonra ölkə xaricinə, Türkiyənin Antalya bölgəsinə üz tutacaq.  Komandanın Antalyadakı "Miracle" otelində məskunlaşacağı gözlənilir.  

 

Qonşu ölkədə iki həftə hazırlıq keçməyi nəzərdən keçirən “Keşlə”, orda ən azı 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, Azərbaycan klubları 19-20 dekabrda ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra istirahətə çıxacaqlar. 

Xəbər xətti