"Simurq"un keçmiş futbolçusu: "Çox içməsəm də, rejimimi pozurdum"

Azərbaycanda "Simurq" və "Standard" komandalarında çıxış etmiş Vladimir Mazyar "sport.pl.ua" saytına geniş müsahibə verib.

 

Sportal.az hazırda məşqçi işləyən 41 yaşlı mütəxəssisin müsahibəsindən Azərbaycan futbolu ilə bağlı hissəni təqdim edir:

 

- Müsahibələrinin birində demişdin ki, futbol həyatımda ikincidir. Buna səbəb nə idi?

- Bir çox səbəblər (gülür). Çox təəssüflər olsun ki, belə səbəblər var idi. Məsələn, yalandan deyirdim ki, zədəliyəm və Yaltada istirahət edirdim.

 

- Bəs gecə klubları, spirtli içkilər?

- Bu da olub. Ancaq şükürlər olsun ki, içib gəzdiyim anlarda kimsə şəklimi çəkib yaymayıb. Yaxşı qulaq asın, futbolçu piyan şəkildə oynaya bilməz. Mən yüksək hədəfləri olan komandalarda oynamışam. Çox içməsəm də, rejimimi pozurdum.

 

- Azərbaycanda da futbolçu karyerası yaşamısan. Mən heç cür anlaya bilmirəm ki, oyunçular belə çempionatda niyə gedib oynayırlar.

- Mən düzünü deyəcəm. Ora ailəmi saxlamağa, pul qazanmaq üçün getdim. 27 yaşında olanda futboldan küsmüşdüm. Bir dəfə küçənin tinində dostumu gözləyəndə onun sevgilisinin rəfiqəsini gördüm. Nömrəsini aldım, tanış olduq və evləndik. İndi də birgəyik. İkinci arvadımla hər şey dəyişdi. Övlad sahibiyik, o, mənim həyatımı dəyişdi. Azərbaycandan təklif alanda ailəmlə məsləhətləşdim. Daha sonra "alkoqol" nüfuzuna görə narahat oldum. Buna görə də Ukrayna klublarının mənə ehtiyacı yox idi. Həyat yoldaşıma dedim ki, hazırlaş, gedirik. Mən Azərbaycanda futbol oynadım, pul qazandım. İndi bütün oyunçular da belə edir. Məni "Simurq"a Roman Pokora çağırmışdı.

 

- Karyeranı necə bitirdin?

- Xatırlayıram, Bakının "Standard" klubunda idim. Uduzurduq, ancaq vecimə də deyildi. Heç bir qram da hiss, həyəcan yox idi. Sonra başa düşdüm ki, artıq kifayətdir. Ukrayna klublarından təklif alsam da, Droqobitski Pedaqoji Universitetində işləməyə getdim və heç məşq barədə də düşünmürdüm.

 

Qeyd edək ki, Mazyar "Simurq"da 2007-2009-cu illərdə çıxış edib və Zaqatala klubunda 51 oyun 28 qol vurub. Ukraynalı futbolçu 2009/10 mövsümündə "Standard" klubunda çıxış edib.

Tarix: 1 Fevral [14:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2019
14  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio