Emil Balayev də milliyə dəvət aldı

Qazaxıstan Premyer Liqasında çıxış edən "Tobol" klubunun qapıçısı Emil Balayev milli komandamıza dəvət alıb.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 24 yaşlı qolkiper millimizin Xorvatiya ilə AÇ-2020-nin seçmə mərhələ və Litva ilə yoxlama oyununda heyətdə yer alacaq.

 

Seçmə mərhələnin ilk turunda martın 21-də səfərdə Xorvatiyanın qonağı olacaq millimiz 4 gün sonra Bakıda Litva ilə yoxlama matçı keçirəcək.

Tarix: 13 Mart [10:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 İyul 2019
20  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio