"Milan"dan Çalhanoğlu qərarı: satılır

12:12 - 23 Aprel 2019

İtaliya A Seriyasında mübarizə aparan "Milan" klubu yarımmüdafiəçisi Hakan Çalhanoğlunu yayda satmağa qərar verib.

 

Sportal.az "Football Italia"ya istinadən xəbər verir ki, Türkiyə millisinin üzvüylə bir neçə Almaniya klubu maraqlanır.Bundan əlavə, Hakana Çindən də təklif var. "Milan" 25 yaşlı yarımmüdafiəçinin transferindən ən azı 20 milyon avro qazanmaq istəyir.

 

Hakan Çalhanoğlunun "Milan"la 2021-ci ilə qədər müqaviləsi var. Türkiyə futbolçu bu mövsüm 40 oyuna 2 qol vurub, 13 assist edib.

Xəbər xətti