Vüqar Əsgərov "Dauqavpils"ə qələbə qazandırdı

12:12 - 8 May 2019

Latviya çempionatında XI turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” evdə “Valmiera”ya 1:0 hesabı qalib gəlib.

 

Vüqarla Tural oyuna start heyətdə meydana çıxıblar və sonadək mübarizə aparıblar. Elvinin adı isə matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Komandasının yeganə qolunu 80-ci dəqiqədə Vüqar Əsgərov vurub. Cari mövsüm 6 qol vuran 33 yaşlı hücumçu Latviya çempionatının bombardiridir.

 

“Dauqavpils” 16 xalla 9 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti