"Çelsi"nin futbolçusuna ağır cəza

İngiltərənin "Çelsi" klubunun futbolçusu Denni Drinkuoter spirtli içki qəbul edib, maşın sürdüyü üçün cəzalandırılıb.

 

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi 20 aylıq sürücülük xidmətindən məhrum edilib. İngiltərə millisinin üzvü 70 saatlıq ictimai işlərə cəlb ediləcək.

 

Drinkuoter aprelin 8-də içində 2 qadın olan maşını divara vurmuşdu. Müayinə nəticəsində, milli üzvünün spirtli içki qəbul etdiyi üzə çıxmışdı. Denni məhkəmə qarşısında günahını etiraf etmişdi.

Tarix: 13 May [17:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 May 2019
21  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio