Millinin rəqibində üç dəyişiklik

12:58 - 22 May 2019

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq Macarıstan yığmasının heyətində dəyişiklik edilib.

 

Sportal.az xəbər verir ki, komandanın baş məşqçisi Marko Rossi 32 futbolçunun 3-dən imtina edib. Adam Bodi ("Debretsen"), Daniel Qazdaq ("Honved") və  Marton Eppeldi ("Kayrat", Qazaxıstan) yığmanın düşərgəsini tərk edib.

 

Peter Qulaşi, Villi Orban (hər ikisi "Leyptsiq"), Barat Botond və Kristian Nemet ("Sportinq Kansas") isə millinin düşərgəsinə iyunun 2-də qoşulacaq.

 

Zədəli olan Tamaş Kadar isə ("Dinamo" Kiyev) fizioterapevt nəzarəti altında bərpa prosesi keçir.

Xəbər xətti