Agent "Neftçi"nin futbolçusunu tərfilədi: "Dinamo" səviyyəsində futbolçudur"

"Neftçi"nin müdafiəçisi Kirill Petrovun agenti Aleksandr Panyukov "Bombardir" kanalının qonağı olub.

 

Sportal.az xəbər verir ki, Panyukov 28 yaşlı mərkəz müdafiəçisinin Kiyevin "Dinamo" klubu səviyyəsində komandada oynamalı olduğunu deyib:

 

"Məncə, Kirill Petrov... Eh, onun itirilmiş istedad olduğunu deməyəcəm. Ancaq Petrov "Dinamo" səviyyəli komandada oynamalı idi. Çox bacarıqlı futbolçudur. Petrovun Ukraynadan gedib, pul qazanmasının səbəbi var. Futbol dünyası nədən bəhs etdiyimi bilir. Bunu açıq şəkildə deməyəcəm. Ancaq o getdi və bacardı. Bu gün "Neftçi"nin kapitanıdır. Petrov oynayır, sevilir və zövq alır".

 

Kiyev "Dinamo"sunun yetirməsi 2017-ci ildə "Olimpik"dən (Donetsk) "Neftçi"yə keçib.

Tarix: 24 May [12:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 İyun 2019
15  İyun 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio