Fekir "Lion"u tərk edir - klub prezidenti açıqladı

Fransa millisinin üzvü Nabil Fekir "Lion"dan ayrılacaq.

 

Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Jan-Mişel Ola məlumat verib.

 

"Nabil Fekirə bizə göstərdiyi xidmətlər üçün təşəkkür edirik. Onunla ayrılması barədə anlaşdıq", - deyə 70 yaşlı klub rəhbəri bildirib.

 

25 yaşlı forvard 2011-ci ildən "Lion"da çıxış edirdi. O, 2013-cü ildən əsas komandada oynayırdı.

Tarix: 25 May [11:53]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Avqust 2019
22  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio