Yurgen Klopp: "Futbolçularımın oruc tutmasında problem görmürəm"

14:46 - 30 May 2019

"Liverpul"un baş məşqçisi Yurgen Klopp futbolçuların oruc tutmasına qarşı olmadığını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis Sadio Mane və Məhəmməd Salahı nümunə göstərib:

 

"Futbolçularımın oruc tutmasıyla bağlı bir problemim yoxdur. Oruc tutsalar da, tutmasalar da, möhtəşəm insanlardır. Onların inanclarına hörmət edirəm. Bəzi günlər namaz qıldıqları üçün Mane və Salah öaltardəyişmə otağına gec gəlir. Futboldan önəmli şeylər var".

 

"Liverpul" iyunun 1-də Çempionlar Liqasının finalında "Tottenhem"lə qarşılaşacaq.

Xəbər xətti