"Başakşəhər"in Vişça üçün "Beşiktaş"dan tələb edəcəyi məbləğ

17:40 - 4 İyun 2019

"Beşiktaş"ın yeni baş məşqçisi Abdullah Avcı sabiq komandası "Başakşəhər"in futbolçusu Edin Vişçanı sərəncamında görmək istəyir.

 

Sportal.az "Milliyet"ə istinadən xəbər verir ki, "Başakşəhər" rəsmi təklif gələcəyi halda, 29 yaşlı yarımmüdafiəçini 8 milyon avro təzminat qarşılığında buraxmağa hazırdır. "Beşiktaş" isə məbləği aşağı salmağa çalışacaq.

 

Bosniya və Herseqovina millisinin üzvü 2014-cü ildən "Başakşəhər"də çıxış edir. O, başa çatan mövsüm Super Liqada 34 oyuna 13 qol vurub, 14 assist edib.

Xəbər xətti