"Neftçi"nin futbolçusu "Səbail"də

13:56 - 7 İyun 2019

Son iki mövsümü "Səbail"də icarə əsasında çıxış edən Fəhmin Muradbəyli komandada qalacaq.

 

Sportal.az xəbər verir ki, "dənizçilər" 23 yaşlı cinah futbolçusunun keçidində "Neftçi" ilə razılığa gəlib. Muradbəyli "Səbail"in yeni mövsüm hazırlığına qoşulub.

 

Qeyd edək ki, Fəhmin "Neftçi"nin yetirməsidir.

Xəbər xətti