Milli komanda Makedoniyaya 20 futbolçu ilə yollandı SİYAHI

00:04 - 11 İyun 2019

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının bu gündən Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışı  başlayıb.

 

Sportaı.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız iyunun 11-də, Bakı vaxtı ilə saat 19:00-da və iyunun 13-də, saat 13:00-da Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

 

İyunun 13-dək davam edəcək toplanışa aşağıda adları qeyd olunan futbolçular çağırılıb:

 

Ayxan Qələndərli, Cavid Adnayev,  Firəddin Abdullayev, Elxan Zeynalabdinzadə (hamısı "Sabah"), Fariz Xeyrullayev, Ayxan Suleymanlı, Ağadadaş Salyanski (hamısı "Neftçi"), Emil Süleymanov, Fərid Qələndərov, İxtiyar Məmiyev, Sərxan Mirzəzadə, Namiq Şamilov (hamısı "Qəbələ"), Nəriman Axundzadə, Ərtoğrul Quliyev,  Amin Qarayev (hamısı "Qarabağ"), Nicat Quliyev, Xəyal Əliyev (hər ikisi "Səbail"), Mahmud Ağayev ("Zirə"), Ruhid Mustafayev, Rəhman Məmmədov (hər ikisi "Sumqayıt").

Xəbər xətti