"Keşlə"də ayrılıq

22:53 - 19 İyun 2019

"Keşlə" futbolçusu Samir Məsimovla yolları ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə  müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

 

 

Məsimov 2018-ci ildən paytaxt təmsilçisində oynayırdı.

 

"Keşlə" daha öncə Amil Yunanov, Davud Kərimi, Kamran Ağayev, Seymur Əsədov, Ruslan Nəsirli, Fuad Bayramov, Edvinas Girdvainis, Denis Silva Kruz, Nikola Mitroviç, Conatan Ayite, Andre Klennon, Valeri Kutsenko və Anxelo Penya ilə yolları ayırıb.

Xəbər xətti