Dario Srna "Şaxtyor"a qayıtdı

14:53 - 20 İyun 2019

İtaliyanın "Kalyari" klubundan ayrılan Dario Srna sabiq klubu "Şaxtyor"a qayıdıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, xorvatiyalı oyunçu “Şaxtyor”da məşqçi kimi fəaliyyət göstərəcək. Klub keçmiş kapitanı yeni baş məşqçi Luiş Kaştrunun köməkçilərindən biri olacaq.

 

37 yaşlı Srna 2003-2018-ci illərdı "Şaxtyor"da çıxış edib.

Xəbər xətti