"Milan"dan ayrıldığını açıqladı

18:52 - 24 İyun 2019

"Milan"ın kolumbiyalı müdafiəçisi Kristian Sapata klubdan ayrılıb.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçu sosial şəbəkə hesabında "qırmızı-qaralar"dan ayrıldığını bəyan edib. Sapatanın başa çatan müqaviləsi uzadılmayıb.

 

Kolumbiya millisinin üzvü "Milan"a 2013-cü ildə "Vilyarreal"dan keçmişdi. Sapata ötən mövsüm 19 oyun keçirib.

Xəbər xətti