PSJ Neymarın alternativini tapdı

15:47 - 30 İyun 2019

Fransanın PSJ klubu Neymarın komandadan ayrılması halında, transfer edəcəyi futbolçunu müəyyənləşdirib.

 

Sportal.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, parislilər ötən mövsüm "Lill"də göstəridiyi oyunla diqqətləri üzərinə çəkən Nikolas Pepeni hədəfinə alıb.

 

"Lill" "İnter" və "Liverpul"un da hədəfində olduğu iddia edilən 23 yaşlı vinger üçün 90 milyon avro təzminat tələb edir.

 

"Lill" Pepeni 2017-ci ildə "Anje"dən 10 milyon avroya transfer edib. Kot-d-İvuar millisinin üzvü ötən mövsüm Liqa 1-də 36 oyuna 20 qol vurub, 11 assist edib.

Xəbər xətti