Mbappedən PSJ qərarı - müqaviləni uzatmaq istəmir

16:54 - 30 İyun 2019

Fransa millisinin üzvü Kilian Mbappe PSJ ilə müqaviləni uzatmaq istəmir.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Fransa klubu 20 yaşlı hücumçunun 2022-ci ilə qədər olan sözləşməsini yeniləmək istəyir. Ancaq gənc ulduz bu təklifə müsbət yanaşmır.

 

Xəbərdə Madrid "Real"ının Mbappenin transferi üçün PSJ-nin tələb etdiyi 230 milyon avronu bu yay ödəmək fikrində olmadığı vurğulanıb.

 

Fransalı hücumçu ötən mövsüm 43 oyuna 39 qol vurub, 17 assist edib.

Xəbər xətti