Alberto Cilardino baş məşqçi oldu

15:47 - 11 İyul 2019

2018-ci ildə karyerasını başa vuran İtaliya millisinin sabiq hücumçusu Alberto Cilardino baş məşqçiliyə başlayıb.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı veteran futbolçu İtaliyanın "Pro Verçelli" klubunun baş məşqçisi təyin edilib. C Seriyasında çıxış edən klub müqavilənin detalları barədə məlumat verməyib.

 

Cilardino “Parma”, “Milan”, “Fiorentina” kimi klublarda çıxış edib.

Xəbər xətti