Türkiyə klubundan biabırçı səhv: müqavilə imzalanan futbolçu yanlış çıxdı

18:24 - 12 İyul 2019

Türkiyə I Liqa təmsilçisi "Menemenspor" transferdə böyük səhvə yol verib.

 

Sportal.az xəbər verir ki, klub rəhbərliyi agentlərin təklif etdiyi və videolarına baxdığı İtaliya B seriyasında çıxış edən "Salernitana"nın 23 yaşlı qambiyalı hücumçusu Lamin Yallovla razılığa gəlib. İzmirə dəvət olunan futbolçu ilə iyulun 8-də rəsmi müqavilə bağlanılıb və ictimaiyyətə təqdim edilib.

 

Lakin sonradan məlum olub ki, "Menemenspor" bəyəndiyi Lamin Yallovla müqavilə imzalamayıb. İzmirə müqavilə imzalamağa gələn futbolçu isə Portuqaliyanın III liqa təmsilçisi "Alkoketense"nin forvardı Alfa Yallov olub. Klub yanlışlığı anlayan kimi 21 yaşlı hücumçunu geri göndərib.

Xəbər xətti