Rusiyalı azarkeşlər Bakıya gəlir

12:41 - 30 İyul 2019

Avropa Liqasının II təsnifat mərhələsində Bakıda "Neftçi"nin qonağı olacaq Tula "Arsenal"ı dəstəksiz qalmayacaq.

 

Sportal.az TASS agentliyinə istinadən xəbər verir ki, "topçular"ı "Bakcell Arena"da keçiriləcək oyunda təxminən 50 rusiyalı azarkeş dəstəkləyəcək.

 

Rusiyada keçirilmiş ilk oyunda "Neftçi" 1:0 hesablı qələbə qazanıb. Komandaların cavab matçı avqustun 1-i, saat 21:00-da baş tutacaq.

 

Mərhələni adlayan komanda III raundda İsrailin "Bney Yehuda" klubu ilə üz-üzə gələcək.

Xəbər xətti