“Qəbələ”nin iki futbolçusu İspaniya klubunda

“Qəbələ” klubunun üzvləri Gülağa Əsədov və Mehrac Baxşəliyev İspaniyanın “Malaqa” klubunun akademiyasında baxışda olacaqlar.

 

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, hər iki futbolçu bu gündən etibarən avqustun 31-nə qədər Sequnda təmsilçisinin düşərgəsində olacaq.

 

AFFA İcraiyyə Komitəsinin 3 iyun 2019-cu il tarixli iclasında xarici klublarda çıxış edən (baxışa yollanan və müqavilə imzalamaq ehtimalı yüksək olan), milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-ə qədər azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərcinin AFFA tərəfindən ödənilməsi barədə qərar qəbul olunub.

Tarix: 1 Avqust [16:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Avqust 2019
18  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio