Tərlan Əhmədov: "Onun bu hərəkəti bağışlanmazdır"

Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün açılış - "Keşlə" - "Qarabağ" (0:1) matçından sonra təşkil edilən mətbuat konfransında Bakı klubunun baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis əvvəlcə məğlubiyyəti şərh edib:

 

- Oyunun əvvəlində həyəcan var idi. Komanda getdikcə həyəcanını atmağa başladı. Sürətli hücumların hesabına keçməliydik rəqibi. Qırmızı vərəqə bütün planlarımızı pozdu. Ümumilikdə normal mübarizə apardıq. Komandanın mübarizəsi ürəkaçan idi.

 

- Emin Mehtiyevə cəza veriləcəkmi?
- Futbolçularıma həmişə demişəm ki, üzbəüz mübarizədə qırmızı vərəqə alsaz, onu öz cibimdən ödəyərəm. Ancaq futbolçu elə etməlidir ki, komandaya zərər verməsin. Onun bu hərəkəti bağışlanmazdır.

 

– Eminin yerinə başqa təcrübəli futbolçunu oyuna daxil edə bilməzdiz?

- Siz başqa tərəfdən baxırsız, biz başqa. Ruslan Qurbanov yorulmuşdu. Əmircanov uzun müddətdir ki, oynamır, Sadiqovun da mövqeyi deyildi. Bu məsələlər getdi artıq. Oyundan oyuna inkişaf etməliyik. Bu səhvlər təkrarlanmamalıdır.

 

– Ruslan Qurbanovun hazırlığında nə problem var?
– Onun bir az zədələri oldu. Bu gün də onun təcrübəsindən istifadə etmək istəyirdik. 90 dəqiqə meydanda qala bilməyəcəyini bilirdim. Onu ilk hissədə dəyişmək istəyirdim, ancaq etmədim.

 

- Bu çempionatda hədəfiniz nədir?
– Qarşımıza mükafatçılar sırasında olmaq hədəfi qoyulub. Əfranı da heyətimizə qatmışıq. Bu oyun bizə ümid verdi.

 

 – Əfranın tam hazır olması üçün nə qədər zaman lazımdır?
- Formasından uzaqdı. Onu milli komandanın oyunundan sonra meydanda görə bilərsiz.

 

 – Transferlər gözlənilirmi?
– Xeyr.

Tarix: 16 Avqust [21:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2019
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio