"Qarabağ"ın rəqibi evdə 4 qol buraxdı

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Şimali İrlandiyanın "Linfild" klubu ölkə çepionatında ikinci turun oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, "mavilər" evdə "Kolrein"lə qarşılaşıb və 2:4 hesabı ilə uduzub.

 

"Linfild" üç turdan sonra üç xal toplayıb. Belfast təmsilçisinin ikinci turdakı oyunu təxirə salınmışdı.

 

"Linfild" avqustun 22-də "Qarabağ"ı qəbul edəcək. "Vindsor Park"da reallaşacaq baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə 22:45-də səslənəcək.

 

Cütün cavab oyunu avqustun 29-u, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

 

Tarix: 18 Avqust [00:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Sentyabr 2019
17  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio